Dəhşətli cinayətlə bağlı məşhurlardan Əminə Bulut həştəqi - FOTO


10 yaşlı qızının gözləri önündə vəhşicəsinə qətlə yetirilən Əminə Bulut cinayəti ilə bağlı məşhurlar sərt sözlər söylədi.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, izləyən hər kəsi sarsan dəhşətli cinayət haqqında məşhurlar sosial şəbəkədə ağır ifadələr işlədiblər. "TV8" televiziya kanalının sahibi Acun Ilıcalı "Twitter"də "Emine Bulut" həştəqi paylaşaraq bu sözləri yazıb: "Artıq bəsdir. Qatilin ən ağır şəkildə cəzalandırılması və qadına şiddətin sona yetməsini istəyirəm".
Bundan əlavə, türkiyəli məşhurlar - Əsər Yenənlər, Ceyhun Yılmaz, Sıla da cinayəti sərt sözlərlə tənqid edərək qatilin cəzalandırılmasını istəyiblər.

DİGƏR XƏBƏRLƏR

Top