
Argentinalı Lionel Messi və Portuqaliyalı Kriştiano Ronaldo nəinki müasir futbolun həm də idman dünyasının ən bəyənilən iki fərdidir. Ancaq bu iki futbolçudan hansının daha yaxşı olduğu isə hər zaman sual altında qalıb. Belə ki, onlar bir çox fərqli kateqoriyalarda bir-birlərinə üstünlük qurmağı bacarıblar. Ancaq bu suala bu dəfə elm cavab axtarıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Liyuvin Katolik Universiteti, "SciSport" şirkəti ilə birgə araşdırma aparıb.
Ehtimallar nəzərə alınaraq hərəkətlərin qiymətləndirilməsi (Valuing Actions by Estimating Probabilities - VAEP) üsulundan istifadə edən tədqiqatçılar Messinin VAEP dəyərinin hər oyuna 1,21 olduğunu müəyyən ediblər. Kriştiano Ronaldo da isə bu göstərici 0,61 olaraq müəyyən edilib.
Qeyd edək ki, K. Ronaldo hazırda İtaliyanın Yuventus, L. Messi isə İspaniyanın Barselona klubunda fəaliyyət göstərirlər.