Rusiya müxalifəti insanları Moskvadakı "Ermənistan" restoranını boykot etməyə çağırdı - SƏBƏB


Rusiyanın paytaxtı Moskvada, Tverskaya küçəsində yerləşən "Ermənistan" adlı mağaza və restoranın sahibi 27 iyul tarixində keçirilən mitinqin təşkilatçılarını məhkəməyə verdiyini bəyan edib.
Yeniavaz.com xəbər verir ki, "Ermənistan" adlı restoranın sahibi müxalifətin mitinqi zamanı ona 550 min rubl zərər vurulduğünü idda edib.
"Ermənistan" adlı restoranın bu addımından sonra Rusiya müxalifətinin təmsilçiləri insanlara müraciət edərək onlardan Tverskaya küçəsində yerləşən mağaza və restoranı boykot etmələrini istəyiblər. Artıq müxalifətə dəstək məqsədilə Rusiyanın bəzi tanınmış şəxsləri "Ermənistan" restoranını boykot etdiklərini açıqlamaya başlayıblar. Məsələn, Rusiyanın tanınmış  kinorejissoru Vitaliy Mansky əvvəllər tez-tez ziyarət etdiyi bir mağazanın xidmətlərindən bir daha istifadə etməyəcəyini söyləyib.
Müxalifətin bu çağırışından dərhal sonra "Ermənistan" restoranının reytinqi məşhur "Tripadvisor" səyahət mənbəyində də azalıb.
Boykot çağırışlarına ilk etiraz edənlər arasında isə "Sputnik" xəbər agentliyinin baş redaktoru, erməni əsilli Marqarita Simonyan və tanınmış teleaparıcı Vladimir Solovyov yer alıb.
Marqarita Simonyan müxalifəti tənqid edərək, restorana dəstək nümayiş etdirib.
Vladimir Solovyov isə bildirib ki, müxalifətin tətbiq etdiyi bu metod xaricdən gəlib və gülünc görünür.

DİGƏR XƏBƏRLƏR

Top