"Sahil" stansiyasında işıqlar söndü - GƏRGİN ANLAR


Bakıda metroda problem yaranıb.

"Bakı Metropoliteni" Qapalı Səhmmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, hadisə bu gün saat 10:55 radələrində metronun "Sahil" stansiyasında baş verib.

Onun sözlərinə görə, metropolitenə gələn elektrik xəttində gərginlik qəfil düşdüyündən stansiyanın eskalatorları və işıqlandırma sistemi dayanıb. Təxminən 3 dəqiqə ərzində problem aradan qaldırılıb.

B.Məmmədov bildirib ki, hadisə qatarların hərəkətinə mane olmayıb və intervalda gecikmə yoxdur. Hadisə nəticəsində sərnişinlər arasında xəsarət alan olmayıb. (Trend)

DİGƏR XƏBƏRLƏR

Top