Baxçalı bələdiyyələrə qəyyum təyin etdiyinə görə naziri təbrik edib


Türkiyənin siyasi partiyalarından MHP-nin (Milliyətçi Hərəkat Partiyası) lideri Dövlət Baxçalı daxili işlər naziri Süleyman Soylunu təbrik edib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, buna səbəb bu gün Daxili İşlər Nazirliyi tərəfindən Türkiyənin Van, Diyarbəkir və Mardin vilayətlərinin bələdiyyə sədrlərinin vəzifə səlahiyyətlərinin əllərindən alınması və yerlərinə qəyyum təyin edilməsidir. D. Baxçalı bu münasibətlə S. Soyluya zəng edib və ona uğurlar arzulayıb: "Böyük, yerində və vacib bir əməliyyat idi. Terror təşkilatları ilə mübarizədə hər zaman hökumətin və Daxili İşlər Nazirliyini dəstəkləyirik".
Qeyd edək ki, bu gün Türkiyənin Daxili İşlər Nazirliyindən mətbuata Diyarbəkir, Van və Mardin bələdiyyə sədrlərinin vəzifə səlahiyyətlərinin əllərindən alınması barədə məlumat verilib. Sözügedən bələdiyyə sədrləri PKK və KCK terror təşkilatlarına dəstək verməkdə təqsirləndirilirlər.

DİGƏR XƏBƏRLƏR

Top