İmamoğlundan qəyyum təyin edilməsinə SƏRT REAKSİYA


Bu gün Türkiyənin Diyarbəkir, Van və Mardin bələdiyyə sədrlərinin vəzifə səlahiyyətlərinin əllərindən alınmasına və yerlərinə qəyyum təyin edilməsinə Əkrəm İmamoğlu sərt reaksiya verib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbulun bələdiyyə sədri Əkrəm İmamoğlu bu barədə "Twitter" səhifəsində yazıb: "31 martda millətin verdiyi səslə seçilən Diyarbəkir, Van və Mardin bələdiyyə sədrlərinin vəzifədən kənarlaşdırılaraq yerlərinə qəyyum təyin edilməsi demokratiya və demokratik əsaslarla izah edilə bilməz. Millətin iradəsini yox saymaq qəbul edilməzdir".
Qeyd edək ki, bu gün Türkiyənin Daxili İşlər Nazirliyindən mətbuata Diyarbəkir, Van və Mardin bələdiyyə sədrlərinin vəzifə səlahiyyətlərinin əllərindən alınması barədə məlumat verilib. Sözügedən bələdiyyə sədrləri PKK və KCK terror təşkilatlarına dəstək verməkdə təqsirləndirilirlər.

DİGƏR XƏBƏRLƏR

Top