Makqreqor yaşlı adamı yumruqladı - VİDEO


Məşhur UFC döyüşçüsü Konor Makqreqor etdiyi hərəkətlə ağır tənqid olunub.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, Konor Makqreqor barda spirtli içki təklifini rədd edən yaşlı adamı döyüb. İrlandiyada baş verən hadisə hər kəs tərəfindən tənqid atəşinə tutulub. Döyüşçünün sol əli ilə endirdiyi zərbədən sonra yaşlı adam bir müddət ayağa qalxa bilməyib. Makqreqor isə hadisə yerindən uzaqlaşdırılıb.

DİGƏR XƏBƏRLƏR

Top