Qəzaya uğramış təyyarəmizin qalıqlarının görüntüləri yayıldı - FOTOLAR


Türkiyənin Müdafiə Nazirliyi Xəzər dənizinə düşən Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus "MiQ-29" qırıcısının görüntülərini yayıb.
Yeniavaz.com xəbər verir ki, bu haqda müdafiə nazirliyinin rəsmi "Twitter" səhifəsində məlumat yayılıb və fotolar paylaşılıb. Məlumatda deyilir: "Türkiyə donanmasına məxsus SAK - Suyun üstündə və altında axtarış və xilasetmə qüvvələri tərəfindən, Xəzər dənizinə düşən Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarə ROV cihazı (Uzaqdan idarə ediləbilən dənizaltı cihazı - The Remotely Operated Vehicle) vasitəsilə tapılıb. Ardınca əməliyyatçılar dənizin altındakı qırıcının böyük və balaca hissələrinin fotolarını çəkib".
Azərbaycan HHQ-nin "MiQ-29" qırıcısı iyulun 24-də axşam saat 22.00 radələrində təlim-məşq uçuşları zamanı Xəzər akvatoriyası üzərində radarlardan itib. Təyyarə Azərbaycanın ərazi sularında qəzaya uğrayıb. Pilotun taleyi haqda heç nə məlum deyil. Azərbaycan Müdafiə Nazirliyinin və digər müvafiq strukturların başlatdığı intensiv axtarışlar nəticə verməyib. Azərbaycan bundan sonra Türkiyədən kömək istəyib, Türkiyə Müdafiə Nazirliyinin xüsusi təyinatlı dalğıcları axtarışlar üçün göndərilib.


DİGƏR XƏBƏRLƏR

Top