Almazbek Atambayev polisə təslim oldu


Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayev polisə təslim olub.

Yeniavaz.com xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.

Məlumata görə, o, özü polisə təslim olub.

 Bildirilir ki, sabiq prezident daha çox insan tələfatına yol verməmək üçün təslim olmaq qərarına gəlib. 

Qeyd edək ki, avqustun 7-də  Almazbek Atambayevin Koy-daş kəndində yerləşən iqamətgahına ölkənin təhlükəsizlik orqanının əməkdaşları tərəfindən basqın olunub. 

Qarşıdurma nəticəsində 52 nəfər yaralanıb, 1 nəfər isə ölüb.

DİGƏR XƏBƏRLƏR

Top