
Rusiyanın şimalında yerləşən hərbi bazada şiddətli partlayış meydana gəlib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, dəqiq olmayan məlumatlara görə, yeni bir raketi sınaqdan keçirmək istəyərkən meydana gələn partlayış nəticəsində 2 nəfərin öldüyü, 6 nəfərin isə yaralandığı bildirilir.
Rusiyanın rəsmi qurumları ərazidəki radiyasiya səviyyəsi barədə də açıqlama verib. Bildirilib ki, radiyasiya səviyyəsi norma daxilindədir.
Məlumatlar yenilənəcək...