Braziliya Ali Məhkəməsi Türkiyənin iş adamı ilə bağlı tələbini əsassız saydı

Braziliya Ali Məhkəməsi Fətullah Gülən tərəfdarı olan iş adamının saxlanılaraq Türkiyəyə verilməsi barədə bu ölkənin tələbini əsassız sayıb.

Yeniavaz.com “Euronews”a istinadən xəbər verir ki, braziliyalı hakimlər Ali Sipahinin Türkiyədə ədalətli şəkildə mühakimə ediləcəyinə inanmadıqlarını bildiriblər.

Hakimlər bildirib ki, 12 ildir Sao Paolo şəhərində ticarətlə məşğul olan Ali Sipahinin əlaqəsi olduğu "Hizmet Hərəkatının" ölkədə terror fəaliyyəti ilə məşğul olduqlarına dair heç bir sübut yoxdur. Hakim Edson Façin, qərarın Braziliya Ali Məhkəməsinin 5 nəfərdən ibarət üzvlərinin yekdilliklə qəbul etdiklərini deyib.

Qeyd edək ki, buna bənzər digər bir addım da Bosniya və Hersoqovinada olub. “Euronews”un xəbərinə görə, məhkəmə Türkiyədə dövlət çevrilişinə cəhddə günahlandırılan jurnalist Özər Özsarayla bağlı qərar verib. Məhkəmə Türkiyənin tələbini rədd edərək bildirib ki, ölkələrində bəhs edilən adda və ya fəaliyyətdə heç bir terror qruplaşması yoxdur.

DİGƏR XƏBƏRLƏR

Top