
Ötən ay futbolçu karyerasını başa vurduğunu açıqlayan futbol üzrə Rusiya millisinin azərbaycan əsilli oyunçusu Aleksandr Səmədovun yeni iş yeri məlum olub.
Yeniavaz.com Rusiya mətbuatına istinadən bildirir ki, Səmədov Rusiya çempionatında oynayan Ximki şəhərinin "Olimp" klubuna baş direktor təyin olunub.
Məlumat üçün bildirək ki, bu komanda 2018-ci ildə yaradılıb və azərbaycanlı iş adamı Tufan Sadıqov tərəfindən maliyyələşdirilir.
Klubun idman direktoru vəzifəsinə isə daha əvvəl "Lokomotiv"in idman direktoru olmuş Kirill Kotov təyin olunub.
