Xəbər veridiyimiz kimi, Mingəçevir şəhərində toy karvanında qəza baş verib.
Yeniavaz.com xəbər verir ki, xəsarət alanlar - 1976-cı il təvəllüdlü Rövşən Soltanov, oğlu 2002-ci il təvəllüdlü Məhəmmədəli Soltanovdur. Yaralılar yüngül xəsarətlə xəstəxanaya yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə yaralıların vəziyyəti normaldır.
Faktla bağlı araşdırmalar aparılır.
***14:49
Mingəçevir şəhərində toy karvanında yol-nəqliyyat hadisəsi baş verib.
Yeniavaz.com "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin M.Maqomayev küçəsi ilə Füzuli küçəsinin kəsişməsində qeydə alınıb.
Belə ki, toy karvanında olan "KİA" markalı avtomobil işıqforun qırmızı işığının tələblərini pozaraq yoluna davam edib və hərəkətdə olan "BMW" markalı avtomobilin qarşısına çıxıb. İki avtomobilin toqquşması nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub.
Faktla bağlı araşdırmalar aparılır.