Bakıda GÜCLÜ KÜLƏK ağacı qaz xəttinin üzərinə aşırdı - FOTOLAR


Bu gün Bakıda əsən güclü külək Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla 68 ünvanında ağacı aşırdaraq qaz turbasını qırıb. 
Bu barədə Yeniavaz.com-a hadisə şahidlərindən biri məlumat verib.
Məlumata görə, hadisə təxminən saat 12 radələrində baş verib. Küləyin güclü olması nəticəsində binanın qarşısında olan ağac qırılaraq qaz turbasının üzərinə aşıb və nəticədə qaz turbası qırılaraq sızıntı yaranıb. Şikayətçinin sözlərinə görə, əvvəllər qaz turbasının yararsız olmağı ilə bağlı “Azəriqaz”a dəfələrlə müraciət etsələr də məsələ ilə ciddi maraqlanan olmayıb: “Hal-hazırda binamızın arxasında da yararsız qaz turbası var, bununla bağlı da “Azəriqaz”a müraciət etmişik amma məsələyə baxan yoxdur.  Bugünkü, məsələ ilə bağlı da “102”nin qaynar xəttinə və “Azəriqaz”a müraciət olunub amma hələ ki, iki nəfər şəklini çəkdi. Onlardan soruşduq ki, ötən il sizə bununla bağlı xəbərdarlıq etmişdik niyə gəlmirdiz? “İki dənə maşınımız var ancaq gəlib çatırıq”- cavabını verdilər”.
Şikayətçi eyni zamanda ətrafda qaz iyinin olmasını da qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top