Meyvə yeməkdən əvvəl yeyilməlidir, ya sonra? – DOĞRU BİLDİYİMİZ YALNIŞLAR


Alimlər meyvə yeməyin insan sağlamlığına faydalı olduğunu sübut etmişlər. Lakin meyvənin faydalarını görmək üçün onu vaxtı-vaxtında yemək məsləhət görülür. İnsanlar isə adətən bu zamana o qədər də diqqət etmirlər. Bəs meyvəni nə zaman yesək onun faydalarını görə bilərik?  Meyvə yeməkdən əvvəl yeyilməlidir, ya sonra?
Yeniavaz.com
bu sualların cavabını təqdim edir:
Tərkibində çox miqdarda şəkər olan meyvələrin istehlak vaxtı olduqca vacibdir. Xüsusəndə belə meyvələri yeməkdən dərhal sonra yemək yalnışdır. Bu zaman həzm sisteminizə zərər verə bilərsiz. 
Yeməkdən sonra 30 dəqiqə fasilə verin
Yeməkdən dərhal sonra meyvə yemək olduqca zərərlidir. Bu həzm sisteminizdə problem yarada bilər. Çünki, şəkər və karbohidratların bakteriyaları qidalandırdığı artıq sübut olunmuşdur.
Meyvələrin düzgün yeyilmə zamanı səhər saatlarıdır. Bir stəkan su içdikdən sonra meyvə istehlak etmək ən ideal sayılır. Bu yolla siz eyni zamanda artıq çəkidən də xilas ola bilərsiz.
Yeməkdən yarım saat əvvəl meyvə yeyirsinizsə bu zaman iştahınızı nəzarət altında saxlaya və meyvələrin lif tərkibindən daha çox faydalana bilərsiniz.
Gecə yatmazdan əvvəl meyvə istehlak etmək isə yuxu keyfiyyətinizi aşağı salır. Çünki, meyvə insan orqanizminə güc verir və enerjini artırır. Buna görə də gecə yatmaqda çətinlik çəkə bilərsiniz.

DİGƏR XƏBƏRLƏR

Top