Çeçeninstanın "Qroznı" dövlət teleradio şirkəti hakimiyyəti "İnstagram"da tənqid etdiyinə görə 46 dəqiqə üzrxahlıq edən yeniyetmənin görüntülərini yayıb.
"Ekstremistin şərhi və onun nəticələri" adlı süjetin "qəhrəman"ı 16 yaşlı Maqomed Axmatov olub.
Süjetdə yeniyetmə Çeçenistan hakimiyyətindən üzr istəyir, daha sonra ölkənin müftisi Salah Mejiyevin tənqidini dinləyir.
Videomaterialda yeniyetmənin anası və dayısının da şərhləri öz əksini tapıb.
(Baku.ws)