Səudiyyə Ərəbistanı kralının qardaşı öldü


83 yaşlı Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdüləzizin qardaşı Bəndər ibn Əbdüləziz 96 yaşında dünyasını dəyişib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanı Krallığından verilən yazılı bəyanatda, kral Slamanın qardaşı, krallığın qurucusu kral Əbdüləzizin onuncu və yaşan ən böyük oğlu Bəndər ibn Əbdüləzizin 96 yaşında öldüyü bildirilib.
Əbdüləzizin sabah Məkkədəki Məscidül-Həramda qılınacaq cənazə namazının ardından dəfn olunacağı bildirilib.
Qeyd edək ki, Riyad əmiri Faysal ilə Hərbi Hava Qüvvələrinin komandiri Turkinin atası olan Bəndər ibn Əbdüləzizin 23 övladı var.

DİGƏR XƏBƏRLƏR

Top