Pompeo Türkiyəyə "S-400" sazişindən məyusluğunu bildirib

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ-ın dövlət katibi Mayk Pompeo arasında telefon danışığı baş tutub.

Onlar Rusiyanın Ankaraya S-400 zenit-raket komplekslərinin tədarükü, Türkiyənin F-35 yeni qırıcı təyyarələrinin istehsalı proqramında iştirakı məsələlərini, həmçinin Suriyadakı mövcud vəziyyəti müzakirə ediblər.

Mayk Pompeo Mövlud Çavuşoğlu ilə söhbətində Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksləri alması üzrə sazişdən məyus olduğunu bildirib.

"Dövlət katibi Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksləri almasından məyusluğunu ifadə edib", - məlumatda qeyd edilir.

Qeyd edək ki, Rusiyanın S-400 sistemlərinin Türkiyəyə tədarükü başlanandan sonra Türkiyəni F-35 proqramından xaric etməsi barədə qərar qəbul edilib. Ankaranın sözügedən proqramda iştirakı 2020-ci ilin mart ayınadək başa çatacaq.//Trend

DİGƏR XƏBƏRLƏR

Top