Azərbaycan əhalisi bu il ərzağa daha az pul xərcləyib - MƏBLƏĞLƏR


Xəbər verdiyimiz kimi, bu ilin yanvar-iyun aylarında ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri ötən ilin müvafiq dövrünə nisbətən 2,7% bahalaşıb. Eyni zamanda bu ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkələrində satılan ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri ötən ilin müvafiq dövrünə nisbətən 2,5% artıb. Bu isə o deməkdir ki, ilin ilk yarısında ərzaq məhsullarının qiymətləri əhalinin xərcləmələrindən daha çox artıb.
Yeniavaz.com-un Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən apardığı hesablama göstərir ki, bu ilin ilk yarısında ötən ilin ilk yarısı ilə müqayisədə əhali tərəfindən daha az ərzaq məhsulu satın alınıb.
Məlum məsələdir ki, 2018-ci ilin ilk 6 ayında 1000 manatlıq ərzaq alan hər hansı bir şəxs inflyasiya səbəbindənbu ilin ilk 6 ayında eyni məbləğə eyni miqdarda ərzağı ala bilməyəcək. Yazının əvvəlində qeyd etdiyimiz 2,7%-lik inflyasiya səbəbindən eyni miqdarda ərzağı ala bilmək üçün bu ilin ilk yarısında 27 manat daha çox -1 027 manat xərcləməlidir.
Açıqlanan rəsmi statistika göstərir ki, bu ilin ilk yarısında pərakəndə ticarət şəbəkələrində satılan ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri ötən ilin müvafiq dövrünə nisbətən 2,5% artıb. Yəni, ötən il ticarət şəbəkələrindən 1000 manat dəyərində ərzaq alan hər hansı bir şəxs bu ilin ilk yarısında 1 025 manatlıq ərzaq alıb.
Bu da o deməkdir ki, həmin şəxs ötən ildən fərqli olaraq bu il 2 manat dəyərindəki məhsulu ala bilməyib.

DİGƏR XƏBƏRLƏR

Top