Rusiyanın paytaxtı Moskva şəhərinin yaxınlığında fəaliyyət göstərən İstilik Elektrik Stansiyasında güclü partlayış baş verib.
Yeniavaz.com Rusiya mətbuatına istinadən bildirir ki, Mıtiş rayonu ərazisində baş verən partlayışdan sonra hündürlüyü 10 metrə çatan güclü yanğın olub. Nəticədə Volkovsky və Ostaçkovsky magistral avtomobil yolları bağlanıb.
Bildirilir ki, hadisə zamanı 13 nəfər yaralanıb, 1 nəfər həlak olub.