Sürücü yüksək sürətin qurbanı oldu - FOTO

Azərbaycanda daha bir yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Yeniavaz.com Oxu.Az-a istinadən xəbər verir ki, günorta saatlarında Bakıdan Saray yolu ilə Sumqayıt istiqamətində hərəkət edən “Mercedes” markalı avtomobil idarəetməni itirərək divara çırpılıb.

Qəzaya səbəb kimi yüksək sürət göstərilir.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və təcili tibbi yardım briqadası cəlb olunub.

Şahidlərin verdiyi məlumata görə, sürücü aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

DİGƏR XƏBƏRLƏR

Top