Rusiyada keçmiş xüsusi təyinatlının qətlində ittiham olunan 8-ci erməni tutuldu

Rusiya İstintaq Komitəsi Rusiya Baş Kəşfiyyat İdarəsinin (BKİ) keçmiş xüsusi təyinatlısı Nikita Belyankinin qətlində əli olan 8 ermənini saxlayıb. Bu barədə komitənin rəsmi nümayəndəsi Svetlana Petrenko məlumat verib.

Onun sözlərinə görə, cinayət işi çərçivəsində əvvəl 7 nəfər  həbs edilib.Onlardan biri qətldə, 6 nəfər isə xuliqanlıqda ittiham olunur. Saxlanılan səkkizinci şəxs istintaq altındadır. 
Kütləvi davada 10 nəfər iştirak edib. Bundan əvvəl xuliqanlıq maddəsi ilə davanın daha iki iştirakçısı - Narek Stepanyan və Suren Markosyan saxlanılıb. İyunun 5-də qətli törətməkdə şübhəli bilinən Sergey Xocayan da həbs edilib. O, özünü təqsirkar bilməyib:

Xatırladaq ki, Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş yefreytoru, 24 yaşlı Nikita Belyankin Moskva ətrafı Putilkovo qəsəbəsində iyunun 1-də gecə saat 23:30 radələrində öldürülüb.Belə ki, Belyankin sevgilisi ilə barın qarşısından keçərkən onlarla qafqazlının iki kişini döydüyünü görüb. Döyülənləri müdafiə etmək üçün ortaya atılan yefreytor ürəyindən bıçaqlanıb. O, hadisə yerində keçinib.//oxu.az

Foto: Nikita Belyankin

DİGƏR XƏBƏRLƏR

Top