Apple "iTunes"dan imtina etdi

ABŞ-ın "Apple" şirkəti "iTunes"dan imtina edərək yeni əməliyyat sistemi "OS X 10.15 Catalina"nı təqdim edib.

Yeniavaz.com TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə şirkət səlahiyyətliləri "WWDC 2019" konfransında məlumat veriblər. .

Təqdim olunan "OS X 10.15 Catalina" əməliyyat sistemində 3 yeni tətbiq - "Apple Music", "Apple Podcasts" və "Apple TV" olacaq. NBC televiziyasının qeyd etdiyinə görə, "iTunes" vasitəsilə əldə edilən bütün audio qeydlər yeni  "Apple Music" proqramı vasitəsilə əldə olunacaq.

Bundan əlavə, şirkət konfransda İOS-un yeni versiyasını da təqdim edib.

Qeyd edək ki, “iTunes”, “Apple” şirkəti tərəfindən 2001-ci ildə hazırlanmışdı. O, “iPod”, “iPhone”, “iPad” və “Apple TV”-nin bütün modellərində çalışır.

DİGƏR XƏBƏRLƏR

Top