Yol polisinin avtomobilləri satılır - Real dəyərindən 3 dəfə ucuz


İyulun 2-də Bakıda növbəti hərrac keçiriləcək.
Yeniavaz.com Əmlak Məsələləri Dövlət Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, özəlləşməyə çıxarılan 85 əmlakdan 19-u səhmdar cəmiyyəti, 37-si kiçik dövlət müəssisəsi, 12-si istifadəsiz qeyri-yaşayış sahəsi, 16-sı nəqliyyat vasitəsi, 1-i isə yarımçıq tikilidir.
Hərraca çıxarılan nəqliyyat vasitələri arasında Daxili İşlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə məxsus olan "BMW-320" markalı 3 ədəd avtomobil də var. Hazırda Dövlət Yol Polisinin (DYP) istifadəsində olan bu avtomobillərin istehsal ili 2006-cı ildir və hərracdakı ilkin start qiyməti 5200 manat təşkil edir.
Məlumat üçün bildirək ki, 2006-cı il istehsalı olan "BMW-320" markalı avtomobillərinin qiyməti daxili bazarda 15-20 min manat arasında dəyişir.

DİGƏR XƏBƏRLƏR

Top