Parlamentdə şəhid zabitlə bağlı - MÜZAKİRƏ

Milli Məclis ATƏT-in Minsk qrupuna zabitimizin şəhid olması ilə bağlı etirazını çatdırmalıdır.

Bunu bu gün Milli Məclisin (MM) plenar iclasında deputat Çingiz Qənizadə bildirib.

“Bu hadisə ATƏT-in Minsk qrupunun həmsədrlərinin bölgədə səfərdə olduğu dövrdə baş verib”, - deputat qeyd edib.

Spiker Oqtay Əsədov isə artıq Xarici İşlər Nazirliyinin (XİN) ATƏT-in Minsk qrupuna məsələ ilə bağlı mövqeyini çatdırdığını bildirib:

“Beynəlxalq təşkilatlardakı nümayəndələrimizə tapşırıq verilib ki, bu məsələni beynəlxalq təşkilatlarda yüksək səviyyədə qaldırsınlar”. (Oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top