Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "F-4" təyyarəsi qəzaya uğrayıb.
Yeniavaz.com "Sözcü" qəzetinə istinadla xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, qəza eniş zolağındakı problemlərdən qaynaqlanıb. Təyyarədəki iki pilot tullanaraq xilas olublar. Hadisə Erhaç/Malatya hərbi bazasına eniş zamanı baş verib. Pilotların həyatı üçün heç bir təhlükə yoxdur. Faktla bağlı araşdırma aparılır.