Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov Rusiyanın Baş naziri Dmitri Medvedə alabay itinin (Mərkəzi Asiyada çoban iti) balasını hədiyyə edib.
Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, alabay D. Medvedevə yaxınlaşaraq onun ayaqları altında uzanıb. Rusiyanın Baş naziri iti nəvazişlə sığallayıb. Türkmən lider itə ləqəb qoymağı D. Medvedevin öhdəsinə buraxıb. Baş nazir cavab hədiyyə olaraq Q. Berdıməhəmmədova "Türkmənistanın arxitektura abidələri" nəşrini təqdim edib. Xatırladaq ki, Türkmənistan Prezidenti daha əvvəl rusiyalı həmkarı Vladimir Putinə də it hədiyyə etmişdi.