Zəncəfilin 5 möcüzəvi faydası

Yeməklərdə, şirniyyatlarda istifadə edilən və onlara xüsusi dad verən zəncəfilin faydaları saymaqla bitmir. Xüsusilə soyuqdəymə, öskürək kimi xəstəliklərdə istifadə olunan zəncəfil daha çox qurudulmuş və toz şəklində istifadə edilir. Bir çox insanlar isə dadının bir qədər acı olmasına görə bu bitkini sevmirlər. Amma bu bitkinin faydalarını oxuduqdan sonra fikirlərinizi dəyişə bilərsiz.

Yeniavaz.com sizlərə zəncəfilin 5 möcüzəvi faydasını təqdim edir:

1. Ürək bulanmanı aradan qaldırır
Araşdırma nəticəsində zəncəfilin ürək bulanmaya yaxşı təsir etdiyi məlum olub. 12 min qadın üzərində aparılan testin nəticəsində gün ərzində istifadə edilən 1.1-1.5 qram zəncəfilin ürək bulanmanı aradan qaldırdığı sübut edilib. Eyni zamanda həzm sistemi, ishal kimi hallara da yaxşı təsir göstərir.

2. Əzələ ağrılarını azaldır
Tez-tez idmanla məşğul olan insanlarda rast gəlinən spazm və əzələ ağrılarına yaxşı təsir göstərir. Araşdırmaya görə, gün ərzində 2 qram zəncəfil qəbul etmək əzələ ağrılarını azaldır.

3.  Xərçəngin qarşısını alır
Zəncəfilin tərkibində xərçənglə mübarizə aparan maddələr mövcuddur. Bu bitki, kolorektar xərçəng hüceyrələrinin böyüməsinin qarşısını alır.  Zəncəfil  yumurta xərçəngi xəstəliyində xərçəng hüceyrələrin ölümünə səbəb olur. Bununla yanaşı, qalın bağırsaq xərçəngi, döş xərçənginin müalicəsində də istifadə olunur.

4.  Saç baxımında istifadə edilir
Zəncəfil saç köklərini gücləndirir və saça parlaqlıq verir. Bunun üçün zeytun yağı ilə 2 xörək qaşığı zəncəfili qarışdırıb saçın diblərinə çəkib, 30 dəqiqə saxlayırsız.  Daha sonra isə saçınızı yuyursuz.

5.  İmmunitet sistemini gücləndirir
Zəncəfil immunitet sistemini gücləndirir. Nizamlı olaraq gündə bir qədər zəncəfil yemək arteriyalarda meydana gələn yağlanmaya mane olur və iflic riskini salır. Bununla yanaşı mədədə yaranan bakterial infeksiyalara qarşı qoruyur, öskürək və boğaz problemlərini aradan qaldırır.
Bütün bunlardan əlavə zəncəfil B3, B6, dəmir, kalsium, fosfor, kalium və maqnezium mineralları ilə zəngindir.

İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top