Son 6 ildə Azərbaycanda əmanət və kredit faizləri - CƏDVƏL


 2015-ci ilin 21 fevral və 21 dekabr tarixlərində baş verən devalvasiyalardan sonra Azərbaycanda insanların xarici valyutalara olan inamı aşağı düşüb.

Yeniavaz.com Mərkəzi Bankdan açıqlanan məlumatlara istinadən bildirir ki, devalvasiyadan əvvəl banklar tərəfindən xarici valyutada verilən kredit faizləri milli valyutada verilən kredit fazilərindən yüksək olub.

Eyni zamanda xarici valyutada banklara qoyulan depozit və əmanətlər üzrə fazilər milli valyutada qoyulan depozit və əmanət fazilərindən çox olub. Lakin, devalvasiyadan sonra milli valyitada olan kredit, depozit və əmanət fazilərində ciddi dəyişiklik olmadığı halda xarici valyutada olan olan kredit, depozit və əmanət fazilərində kəskin azalma baş verib.

Açıqlanan rəqəmlərdən belə görünür ki, devalvasiyadan sonra insanlar banklardan xarici valyutada kredit götürməkdə maraqlı olmadıqları kimi, banklar da xarici valyutada əmanət qəbul etməyə maraqlı deyillər.
 
 
Tarix
Depozit və əmanət faizləri Kredit faziləri
Manatla Xarici
valyuta ilə
Manatla Xarici
valyuta ilə
01.01.2014 9,42 % 9,66 % 14,13 % 14,39 %
01.01.2015 8,86 % 9,24 % 13,81 % 14,07 %
01.01.2016 8,08 % 8,06 % 13,60 % 12,53 %
01.01.2017 6,50 % 4,66 % 12,05 % 8,60 %
01.01.2018 10,72 % 3,37 % 13,20 % 9,76 %
01.01.2019 9,58 % 2,33 % 14,24 % 8,06 %
01.04.2019 9,35 % 2,25 % 14,22 % 7,79 %

 

DİGƏR XƏBƏRLƏR

Top