İki "Çelsi" fanatı Bakıya fərqli marşrutla gələcək: pula qənaət - FOTO/XƏRİTƏ


"Çelsinin" iki azarkeşi Ceyk Ralf və Kevin Kobb Avropa Liqasının final oyununa baxmaq üçün Londondan Bakıya təyyarə bileti almaq əvəzinə fərqli marşrutdan istifadə etmək qərarına gəliblər. Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, onlar bu məqsədlə 5500 kilometrdən artıq məsafə qət edəcəklər.

"Çelsi"nin ata və oğul azarkeşləri mayın 21-də təyyarə ilə İstanbula uçublar. Çərşənbə gününü orada keçiriblər. Ardından təyyarə ilə Ankaraya gediblər. Paytaxta bir saata çatıblar. Sonra isə ata və oğul qatarla 24 saat ərzində Qarsa çatıblar - 1300 kilometrə görə 25 funt-sterlinq.

Azarkeşlər buradan Tbilisiyə taksi ilə yollanacaqlar. Sonra gecə qatarı ilə Bakıya çatmağı planlaşdırırlar. Artıq mayın 27-də onlar Bakıda olacaqlar.

Ata və oğul niyə belə marşrutdan istifadə etmələrinin səbəblərini izah edərkən qeyd ediblər ki, Bakıya birbaşa və əks istiqamətə uçuş olduqca bahadır: "Çelsi"nin "Thomas Cook" (Britaniyanın turizm firması) vasitəsilə satdığı biletlər təqribən 1000 funt-sterlinqdir.  İndi özünüz fikirləşin, Bakıda oyuna baxmaq üçün nə qədər pulumuz çıxacaq. İndiki halda isə biz əla qənaət etdik. Belə çıxır ki, hər birimiz səyahətə 500 funt-sterlinq xərcləyəcəyik.

Xatırladaq ki, Avropa Liqasının final matçı mayın 29-da Bakıda keçiriləcək. Həlledici qarşılaşmadan Londonun iki təmsilçisi "Arsenal" və "Çelsi" üz-üzə gələcəklər. 

DİGƏR XƏBƏRLƏR

Top