Sabah Bakıya erməni bacı-qardaş gələcək - SƏBƏB


Sabah Azərbaycanda Aerobika gimnastikası üzrə Avropa çempionatı start götürəcək. 

Milli Gimnastika Arenasında baş tutacaq yarışa Avropanın 22 ölkəsindən ən güclü aerobika ustaları qatılacaq. 

3 gün baş tutacaq yarışda 400 idmançı mübarizə aparacaq. Maraqlıdır ki, yarışda erməni əsilli idmançılar da iştirak edəcək. Onlar bacı-qardaş olan Qarsevan və Duxik Canazyanlardır. Lakin idmançılar Ermənistanı deyil, qitə birinciliyində Rusiyanı təmsil edəcəklər. (Qafqazinfo)

DİGƏR XƏBƏRLƏR

Top