Ermənistan "Aprel döyüşləri"ndəki məğlubiyyətin səbəbini AÇIQLADI


May ayının 29-da Ermənistan parlamentində Nikol Paşinyanın rəhbərlik etdiyi hakim "Mənim addımım" partiyası tərəfindən "Aprel döyüşləri"nin araşdırılması ilə bağlı komissiya yaradılacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistan mətbuatına parlamentin vitse-spikeri Lena Nazaryan deyib.
Parlamentin vitse-spikeri deyib ki, bu komissiya 2016-cı ilin aprel ayının əvvəlində Qarabağdakı dördgünlük müharibə zamanı torpaqların itirilməsi və insan itikilərinin səbəblərini araşdıracaq. Lena Nazaryan qeyd edib ki, ordunun inkişafına mane olan, həmçinin nəticədə torpaqların itirilməsinin əsas səbəb korrupsiyadır və komissiya bunu araşdırmağa çalışacaq.

DİGƏR XƏBƏRLƏR

Top