
Artıq demək olar ki, qışı geridə qoyub yay mövsümünə başlamışıq. Bu, eyni zamanda qarderobumuzun yenilənməsi deməkdir. Hər bir qadın sözsüz ki, ilin dəbi ilə maraqlanır. Məşhur modelyerlərin dediyi kimi, "Paltar qadın qarderobunun əsas elementidir". Adətən yay mövsümündə qadınların qarderobunun əsas hissəsini rəngarəng geyimlər təşkil edir. Bəs görəsən 2019-cu ilin yaz-yay geyim kolleksiyasında xanımları hansı tərzdə və rəngdə geyimlər, aksessuarlar gözləyir?
Bu haqda tanınmış modelyer Şəlalə Maqsudova Yeniavaz.com-a açıqlamasında danışıb.
Modelyer Ş.Maqsudovanın sözlərinə görə, "2019 yaz -yay" fəslinin ən gözəl geyimləri şifondan və tüldən tikilmiş enli, boş biçilmiş dizdən aşağı ətəklər, donlar, boş biçilmiş enli şalvarlar daha qabarıq olacaq: "Ən çox dəbdə olan rənglər ağ, qırmızı, qəhvəyi tonlar daha çox üstünlük təşkil edəcək. Çantalarda da fərqlilik gözə çarpacaq. Dəbə gələn kiçik ölçülü miniatür çantalar həm lazımlı əşya rolunu oynayacaq, həm də bəzək funksiyasını yerinə yetirəcək. Bununla yanaşı həndəsi fiqurlu çantalar da gündəmə gələcək. Eyni zamanda ayyaqabı bağları ilə bəzədilmiş idman üslublu çantalar dəbə düşəcək idman stilli ayaqqablarla və basanoşkalarla bərabər gündəmi tutacaq".
Bu ilin ayaqqabı trendləri haqqında da danışan modelyer, daha çox dəridən və parçadan hazırlanmış alçaq dabanlı rahat ayaqqabların dəbə düşərək gündəlik geyimimizin çox hissəsini təşkil edəcəyini bildirib.
İlahə Hüseynova