Türkiyədə əsgərlik müddəti yarıyadək azaldılır


Türkiyədə hərbi xidmətin müddəti hamı üçün 12 aydan 6 ayadək endirilməsi təklif edilir. Yeniavaz.com
NTV telekanalına istinadla xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.
 
Onun sözlərinə görə, yeni əsgərlik sistemi qəbul edilməsi üçün Türkiyə parlamentinə göndəriləcək: "Bu il pul müqabilində hərbi xidmətə görə ödənilən məbləğ 30 min türk lirəsi təşkil edəcək. Bu məbləğ nağd şəkildə ödəniləcək. 6 ay əsgərlik keçənlər tərxis ola biləcəklər".

DİGƏR XƏBƏRLƏR

Top