
Bu ilin 3 ayı ərzində əhaliyə 19,1 milyon manat məbləğində müavinət ödənilib. Yeniavaz.com-un açıqlanan rəsmi statistikaya istinadən apardığı hesablama göstərir ki, bunun da 31,7%-i və ya 6 milyon 54 min 700 manatı hamiləliyə və doğuma görə, 17,4%-i və ya 3 milyon 323 min 400 manatı isə dəfn üçün ödənilən müavinətlərə yönəldilib.
Bu ilin ilk 3 ayında Azərbaycanda 32 min 402 nəfər doğulan, 14 min 811 nəfər isə ölən şəxs qeydə alındığına görə, bir nəfər yeni doğulana orta hesabla 186,8 manat, ölən hər bir şəxsin dəfn xərcləri üçün isə orta hesabla 224,4 manat müavinət ödənilib.