Masallıda qəza - 2 müəllim öldü


Masallıda qəza baş veribYeniavaz.com qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Masallı-Qızılağac yolunun Çaxırlı kəndi ərazisində olub. “Mercedes” markalı avtomobilin sürücüsü idarəetməni itirərək maşını yol kənarındakı boş sahəyə aşırıb. Sürücü, Cəlilabad rayonunun Maşlıq kənd sakini, 1957-ci il təvəllüdlü Sabir Ağayev və yanındakı sərnişin, həmkəndlisi Abdulla Abdullayev aldıqları xəsarətlərdən hadisə yerində ölüblər. Onların hər ikisi Cəlilabadın Maşlıq kənd orta məktəbinin müəllimi olub. Kənd sakinlərinin  verdiyi məlumata görə, maşında daha bir xanım sərnişin olub. Hadisədən sonra kimliyi məlum olmayan qadın başqa bir avtomobilə əyləşərək qəza yerini tərk edib.

DİGƏR XƏBƏRLƏR

Top