İrana gedən azərbaycanlıların sayı kəskin artıb - RƏQƏMLƏR


Bu ilin yanvar-aprel aylarında  Azərbaycana dünyanın 170 ölkəsindən 848,4 min və ya 2018-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 0,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Yeniavaz.com açıqlanan rəsmi statistikaya istinadən bildirir ki, gələnlərin  27,3%-i Rusiya, 26,8%-i Gürcüstan, 11,1%-i Türkiyə, 8%-i İran, 3,8%-i Birləşmiş Ərəb Əmirlikləri, hər birindən 1,8% olmaqla Ukrayna və Hindistan,  1,4%-i Pakistan, 1,3%-i İraq, 16,6 %-i digər ölkələrin vətəndaşları, 0,1%-i isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 69,5%-ini kişilər, 30,5%-ini isə qadınlar təşkil edib.
Ölkəmizə yanvar-aprel aylarında gələnlərin sayında daha çox artım Misir (2,2 dəfə), Səudiyyə Ərəbistanı (1,9 dəfə), Hindistan (1,8 dəfə), Türkmənistan (1,8 dəfə), Çin (1,6 dəfə), Yaponiya (37,1 faiz), Kanada (31,8 faiz), Pakistan (28,8 faiz), Gürcüstan (22,6 faiz), Polşa (20,8 faiz) və Cənubi Koreya (20,5 faiz) vətəndaşları arasında qeydə alınıb.
2019-cu ilin yanvar-aprel aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı  7% artaraq 34,2 min nəfər, Körfəz ölkələrindən gələnlərin sayı 27,5% azalaraq 142,9 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 1% azalaraq 282 min nəfər olub.
2019-cu ilin yanvar-aprel aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 26,9% artaraq 1 milyon 636,4 min nəfər olub. Ölkə vətəndaşlarının 39,2%-i İrana, 27,2%-i Gürcüstana, 18,3%-i Rusiyaya, 9,7%-i Türkiyəyə, 5,6%-i isə digər ölkələrə gedib. Gedənlərin 66,6%-i kişilər, 33,4%-i isə qadınlar olub.
Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 79,7%, Gürcüstana gedənlərin sayı 10,6%, Rusiyaya gedənlərin sayı 6%, Türkiyəyə gedənlərin sayı isə 1,2% artıb.

DİGƏR XƏBƏRLƏR

Top