“Emin 444"ün ölümündə təqsirləndirilən idmançı ilə bağlı RƏSMİ AÇIQLAMA


Xəbər verdiyimiz kimi, Binəqədi rayonunda törədilən, son illərin ən qəddar cinayət əməli ilə bağlı hüquq-mühafizə orqanları araşdırmaları davam etdirirlər. İstintaq-əməliyyat tədbirləri nəticəsində “Emin 444" ləqəbi ilə tanınan Masallı sakini, 1988-ci il təvəllüdlü Emin Ehtiram oğlu Səfərovun qətlində adı sifarişçi kimi keçən kikboks üzrə dünya çempionu Zaur Yusifov mayın 14-də həbs olunub. 

Məlum olub ki, Zaur Yusifov Dövlət Miqrasiya Xidmətinin zabiti olub.

Yeniavaz.com xəbər verir ki, Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elnur Kələntərli Unikal.org-a bildirib ki, Zaur Yusifov 3-cü dərəcəli miqrasiya xidməti qulluğçusu rütbəsini daşıyıb:

“2017-ci ildə onun Dövlət Miqrasiya Xidmətində işinə xitam verilib.  Zaur Yusifov ümumilikdə DMX-da 4 il sözügedən vəzifədə çalışıb”. 

Qeyd edək ki, Zaur Yusifov kikboksinq dünya çempionu, bir sıra beynəlxalq yarışların qalibi, Əməkdar İdman Ustasıdır.

DİGƏR XƏBƏRLƏR

Top