Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsi Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimliyə qaydaları pozduğuna görə yol polisi tərəfindən cərimə protokolu tərtib edilməsi barədə yayılan məlumatlara münasibət bildirib.
Yeniavaz.com xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov “Report”a açıqlamasında deyib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:
Bölmə rəisi kütləvi informasiya vasitələrinin nümayəndələrindən xahiş edib ki, həqiqətə uyğun olmayan halların gələcəkdə təkrarlanmaması məqsədilə müvafiq məlumatları dərc etməzdən əvvəl informasiyanın düzgünlüyünü dəqiqləşdirsinlər.