Hansı formada yatmaq lazımdır? – Ortoped-travmatoloq düzgün qaydanı açıqlayıb


Onurğanın bel hissəsində olan ağrılar boyun hissəsinə də mənfi təsir göstərir.

Ortoped-travmatoloq, uzman həkim Rəşad Zeynalov deyib ki, bu, onurğa ətrafındakı bütün əzələlərin bir-birinə hörgü kimi bağlanması ilə bağlıdır. Bel və boyun bölgəsində baş verən problemlər bütün orqanizmə mənfi təsir göstərir.

Onun sözlərinə görə, bunun üçün düzgün formada oturmaq və yatmaq olduqca vacibdir. Bel və boyun sağlamlığı üçün yatmaq formasının və yatağın düzgün seçilməsi çox vacibdir. Belə ki, üzü üstə yatmaq zamanla bel və boyun xəstəliklərinə, kürək üstü yatmaq isə ayaq əzələlərində sıxılmaya səbəb olur. Yan üstə yatmaq isə bel və boyun sağlamlığı üçün vacibdir. Ayaqları qarına doğru çəkərək yatmaq, bu zaman dizlərin arasına yastıq qoymaq lazımdır. Onurğa və diskin az yüklənməsinə kömək edən bu forma xoruldamağın da qarşısını alır. (e-tibb.az)

DİGƏR XƏBƏRLƏR

Top