Kim Çen In zirehli qatarla Rusiyaya gəldi


Şimali Koreya lideri Kim Çen In Rusiyada səfərdədir.
Yeniavaz.com
"RİA Novosti" agentliyinə istinadla xəbər verir ki, K. Ç. Inın zirehli qatarı səhər saatlarında sərhədi keçərək Həsən stansiyasında dayanıb.

Şimali Koreya liderini çörək və duzla qarşılayıblar, ardından o, gül dəstəsini qəbul edib və qırmızı xalı üzərindən vağzalın binasına keçib. K. Ç. Inı Primorsk diyarının qubernatoru Oleq Kojemyako və digər rəsmi şəxslər qarşılayıb.

Zirehli qatar ardından Vladivostika yola düşüb. Bu,  K. Ç. Inın Rusiyaya ilk səfəridir. Onun aprelin 25-də Rusiya Prezidenti Vladimir Putinlə görüşü nəzərdə tutulub.
 

DİGƏR XƏBƏRLƏR

Top