310 nəfərin ölümünə səbəb olan Şri-Lanka terrorçusunun FOTOSU


Aprelin 21-də Şri-Lankada kilsə və otellərdə silsilə terror aktlarını törədən intiharçı-terrorçuların görüntüləri yayımlanıb.

Yeniavaz.com "Sözcü" qəzetinə istinadla xəbər verir ki, partlayışlar zamanı indiyədək 310 nəfər ölüb, azı 500 nəfər yaralanıb.

Daxili İşlər Nazirliyinin apardığı təhqiqat çərçivəsində əldə edilən dəlillər göstərib ki, terror aktları Yeni Zelandiyadakı məscidlərə hücumlara cavab olaraq törədilib: "Bu hücumu JMI ilə birlikdə "Camaat ət-Təvhid əl-Vətəniyə" silahlıları törədib".  Şri-Lanka hökuməti intiharçı-terrorçuların hücum edildiyi kilsə və otellərə gedərkən çəkilmiş şəkillərini paylaşıb.

DİGƏR XƏBƏRLƏR

Top