Azərbaycanlı boksçu ermənini məğlub etdi - titula sahib çıxdı - VİDEO


Azərbaycan əsilli boksçu Elnur Səmədov Moskva şəhərində keçirilən WBA Continental titulu uğrunda döyüşdə əslən erməni idmançı Ayka Şaxnazaryanı məğlub edib.

9 raund davam edən döyüşAzərbaycan idmançısının aşkar üstünlüyü şəraitində keçib.

Elnur Səmədov 9-cu raundda ermənistanlı boksçunun görüşü davam etdirə bilməyəcəyini bildirməsindən sonra, hakimlərin yekdil qərarı ilə "WBA Continental" tituluna layiq görülüb.

Görüşdən sonra çoxsaylı bədən xəsarətləri alan Ayka Şahnazaryana tibbi yardım göstərilib.

Yarış Floyd Meyveyzer Boks Akademiyasının təşkilatçılığı ilə baş tutub.

 

 

Report

DİGƏR XƏBƏRLƏR

Top