Mingəçevirdə qadın hüquqları üzrə seminar keçirilib - FOTO


Mingəçevirdə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) ilə birlikdə “Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşmanın dəstəklənməsi” regional proqramı çərçivəsində “Qadın hüquqları” üzrə seminar keçirilib.
Yeniavaz.com xəbər verir ki, seminarın proqramına daxil olan mövzu ətrafında “Ailənin sosial-psixoloji xüsusiyyətləri”, "ailə daxili münasibətlərin uşaqlara təsiri. Uşaqların davranışlarının qiymətləndirilməsi", valideyinlik bacarıqları. Müsbət valideyinlik”, ”Müsbət valideyinliyə doğru addımlar”, ”Müsbət valideyinlik. Ailə daxili münasibətlərin sosial rollara təsiri” və.s. ekspert Məftunə İsmayılova geniş məlumat verib. Məftunə xanım bildirib ki, seminarın keçirilməsində əsas məqsəd qadınların cəmiyyətdə rolunun artırılması, sosial statuslarının yüksəldilməsi və məişət zorakılığı ilə davamlı mübarizənin aparılmasının təmin olunmasıdır. O qeyd edib ki, bütün qadınları bir audioriyaya yığmaq mümkün deyil ona görə də bura məktəb psixoloqlarını, ictimayyət nümayəndələrini dəvət etmişik ki, bu yolla hər bir ailənin daxilinə daxil olub maarifləndirici söhbətlər aparılsın. Ekspert qeyd edib ki, çalışırıq ki, hər bir ailənin daxilində olan problemlər erkən aşkarlansın və ailədaxili problemlər vaxtında həll olunsun ki, hər ahnsı bir zorakılıqla və ya ailədaxili problemlə nəticələnməsin. Bu gün məişət zorakılığının qarşısının alınması istiqamətində işlər aparılır, ailə tamlığının pozulması, boşanmaların qarşısının alınması istiqamətində işlər tərəfimizdən aparılır. Bununla bağlı da ailənin fərdlərinin məlumatlı olmasıdır.

Seminarda GİZ-in layihə üzrə əməkdaşı Məlahət Mövsümova insan hüquqlarının və azadlıqlarının təmin edilməsində, bərabərlik və inkişaf strategiyasının həyata keçirilməsində bu gün ciddi maneələrdən olan məişət zorakılığı ilə davamlı mübarizənin aparılmasının, qadınların cəmiyyətdə rolunun artırılmasının, sosial statusunun yüksəldilməsinin zəruri olduğunu söyləyib. Bildirib ki, yeniyetmə qızların təhsildən yayındırılması, qadınların nikah qeydiyyatına alınmaması səbəbindən onların hüquqları pozulur. Məişət zorakılığı, onun qadın və uşaqlar arasında törətdiyi fəsadlar, əslində, milli-mənəvi dəyərlərimizə yaddır. Erkən nikahın böyük məsuliyyətsizlik olduğu diqqətə çatdırılaraq vurğulanıb ki, bu hal qızların psixologiyasına mənfi təsir göstərir. Bu cür qızlar ağır ailə yükünü çəkə bilmir, cəmiyyətdən təcrid vəziyyətinə düşürlər.
Qeyd edək ki, tədbirdə  şəhərin orta ümumtəhsil məktəblərinin psixoloqları, icra hakimiyyətinin nümayəndələri iştirak ediblər. Seminar qarşılıqlı diskusiya şəkilində yekunlaşıb. Növbəti seminar digər rayonlarda da davam edəcək.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top