
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə keçirilən aksiya Müşfiq Mirzəyev adına Dostluq parkında gerçəkləşib. Ölkənin digər bölgələrində başlanılan “Hərəyə bir ağac əkək” kampaniyasının növbəti ünvanı Mingəçevir şəhəri olub. Yaşıllıqların genişləndirilməsi və qorunmasına xidmət edən kompaniya çərçivəsində 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tədbirə toplaşmış ictimaiyyət nümayəndələrinə 3000-dən çox ağac tingi paylanılıb. Ağaclar arasında dekorativ və meyvə ağacları üstünlük təşkil edib. Qeyd olunub ki, ağacların harada əkilməsi önəmli deyi,əsas olan odur ki, hər kəs ən azından bir ağac əkməklə ölkənin yaşıllıq aləminin zənginləşdirilməsinə töfhə vermiş olsun.
Esmira Hidayətova, Mingəçevir