Çin Şərqi Türküstanda məscidləri dağıdır - FOTO


Çin hakimiyyəti Şərqi Türküstanda həyata keçirdiyi assimlyasiya fəaliyyəti çərçivəsində tarixi məscidləri dağıdır.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bunu Şərqi Türküstanı tərk edən uyğur türkləri deyirlər. Çinin insan haqları müdafiəçilərinin sosial şəbəkələrdə paylaşdığı fotolar da uyğur türklərinin sözlərini təsdiq edir. Bunlardan biri 1237-ci ildə Şərqi Türküstanın Hotan şəhərində inşa edilmiş Keriya Aitika (bayram məscidi) məscididir. Peyk görüntülərinə əsasən, məscid 2018-ci ildə dağıdılıb və artıq yerində deyil. Dağıldığı deyilən digər tarixi tikili isə Kaşğar şəhərindəki Kargılık məscididir. Müstəqil mənbələrə görə, Çin 1997-ci ildən bəri Şərqi Türküstanda 1200-dən çox məsciddə ibadətə qadağa qoyulub. Bundan başqa, yüzlərlə kiçik məscidin qapısı qıfıllanıb. Yerdə qalan məscidlər 24 saat ərzində müşahidə kameraları ilə izlənilir. Çin bu yolla məscidə gələnləri üz tanıma sistemi ilə qeydiyyata alır.

DİGƏR XƏBƏRLƏR

Top