3 min yaşı olan qəbir canlı efirdə açılacaq - VİDEO


ABŞ-ın "Discovery" telekanalı Misirdən xüsusi ekspedisiya barədə canlı yayım aparacaq.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, aparıcılar canlı yayım zamanı qədim sarkofaqı açacaqlar. Telekanalın "Twitter" səhifəsində deyilir: "Biz canlı efirdə 3000 yaşı olan Misir sarkofaqın qazıntısını aparacağıq. Canlı yayım aprelin 7-də, saat 21:00-da  göstəriləcək".
Ekspedisiyada aparıcı Coş Qeyts olacaq. O bildirib ki, canlı efir tamaşaçıları macəranın iştirakçısı edəcək: "Bu, yeni səviyyədir, çünki baş verənləri əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil".

DİGƏR XƏBƏRLƏR

Top