
Meyxana ustası Aydın Xırdalanlı vəfat edib. Yeniavaz.com xəbər verir ki, meyxanaçının qardaşı Heybət qafqazinfo-ya açıqlamasında faktı bir daha təsdiqləyib.
O bildirib ki, ağciyərində güclü soyuqdəyməsi olan qardaşı 3 gün idi ki, yataqdan durmurdu, vəziyyəti ağır idi.
Yas mərasimi sabah saat 14:00-da Xırdalanda olacaq. Ailəsi heç bir media orqanının dəfndə iştirak etməsini istəmir.
20:17***Bu dəqiqələrdə sosial şəbəkələrdə meyxana ustası Aydın Xırdalanlının ölüm xəbəri yayılıb.
Yeniavaz.com xəbər verir ki, sosial şəbəkə istifadəçiləri meyxanaçıya Allahdan rəhmət diləyərək, dəfninin sabah keçiriləcəyini yazıblar.
Meyxanaçı qaraciyər serrozundan əziyyət çəkirdi.
Qeyd edək ki, Aydın Xırdalanlı ANS-də keçirilən "De gəlsin" yarışmasının qalibidir və "Qızıl Nida" mükafatının sahibidir.