
Amerikanın Nyu-York şəhərində bir sinaqoq qapılarını cümə namazı ibadəti üçün müsəlmanların üzünə açıb. Yeniavaz.com xarici KİV istinadən xəbər verir ki, Manhattan 55 ünvanında yerləşən sinaqoq nümayəndələri Yeni Zelandiyadakı terror hücumundan sonra müsəlmanların dərdlərinə "biz qonşuyuq, dostuq, acınızı paylaşırıq" ifadələrinə yer verərək şərik olduqlarını bildiriblər.
Cümə namazı vaxtı sinaqoqun qarşısında başı bağlı bir qadın əlində "yəhudi qonşularınız sizin yanınızdadır" şüarı tutduğu diqqət çəkib.
Namazdan sonra müsəlmanlarla yəhudilər görüşərək birlik, bərabərlik mesajı veriblər.