Paşinyan yolunu azan Elvin İbrahimovdan DANIŞDI


Ermənistan yolunu azaraq sərhədi keçən vətəndaşların Azərbaycanla dəyişdirilməsinə hazırdır.
Yeniavaz.com Ermənistan KİV-ə istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. Onun sözlərinə görə, daha əvvəl sərhədi qanunsuz keçən vətəndaşların qaytarılması təcrübəsi mövcud olub: “Biz yolunu azanların yolunu azanlara dəyişdirilməsinə hazırıq”.
Martın 16-da Qazax rayonu istiqamətində yolunu azaraq Ermənistan ərazisinə keçən Elvin İbrahimov barədə danışarkən qeyd edib ki, istintaq onun diversant olub-olmamasını müəyyənləşdirir: “Adamın qətl törədib-törətməməsi prinsipial olaraq vacibdir. Adam heç kimi öldürməyibsə, məsələni müzakirə etməyə hazırıq”.

DİGƏR XƏBƏRLƏR

Top